Menu

SOCAR-ın DESFA-ya marağı azalıb

08.09.2016, 12:10
SOCAR-ın DESFA-ya marağı azalıb

SOCAR Yunanıstan qazpaylayıcı şəbəkəsinin operatoru DESFA-nın özəlləşdirilməsi çərçivəsində səhmlərinin alınması üzrə razılaşmanın uğurla başa çatması üçün Yunanıstan hökumətindən təkliflər gözləyir.

"APA-Economics" xəbər verir ki, bunu "SOCAR Energy Greece" şirkətinin baş direktoru Anar Məmmədov bildirib.

"İyul ayında Yunanıstan hökuməti tərəfindən energetika nazirinin təşəbbüsü ilə qanunvericiliyə bir neçə dəyişiklər olunub. Bunun DESFA-nın tariflərinə çox mənfi təsiri olub. Fikrimizcə, DESFA-nın dəyəri 40-50% azalıb. Bu dəyişikliklər olduğu kimi qalsa, yeni şəraitdə, yeni şərtlərlə artıq bu layihə bizim üçün o qədər də maraqlı deyil", - deyə o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol