Menu

Paralimpiyaçımız qələbə ilə başladı

08.09.2016, 18:03
Paralimpiyaçımız qələbə ilə başladı

Azərbaycan cüdoçusu Ramin İbrahimov Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

Trend-in məlumatına görə, 60 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz 1/8 final mərhələsində argentinalı Eduardo Qautoya qalib gəlib.

Təmsilçimiz növbəti mərhələdə Qazaxıstan idmançısı Anuar Sarıyevlə qarşılaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol