Menu

"Qarabağ" AZAL-a böyük hesabla - Qalib gəldi

09.09.2016, 20:34

1389097088_qarabag-futbol-klubu-yenitghBu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

"Report"un məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma keçirilib.

DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranan fasilədən sonra ilk olaraq "Qarabağ" və AZAL komandaları üz-üzə gəlib. İki oyundan maksimum nəticə göstərən "Qarabağ" bu dəfə də meydanı qələbə ilə tərk edib - 6:0.

"Köhlən atlar"ın heyətində Reynaldo və Maksim Medvedev dubl edib. Migel Madera və Dani Kintana isə hərəyə bir dəfə fərqlənib.

Azərbaycan Premyer Liqası, IV tur

"Qarabağ" – AZAL - 6:0

Qol: Reynaldo, 2; 64. Maksim Medvedev, 42; 66. Migel Madera, 45+1. Dani Kintana, 60

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, İsgəndər Əliyev, Vüqar Bayramov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Məlik Həsənov

"Əlincə Arena"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol