İngiltərə Premyer Liqasında bu gün 4-cü tura start verilib.
Qol.az-ı məlumatına görə, turu ən maraqlı qarşılaşması Mançesterdə keçirilib.
Joze Mourinyonun rəhbərlik etdiyi "Mançester Yunayted" doğma meydanda Pep Qvardiolanın çalışdırdığı "Mançester Siti"ni qəbul edib.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, xalını 12-ə çatdıran "Mançester Siti" turnir cədvəlinin ilk pilləsinə yüksəlib.
10 sentybar
İngiltərə Premyer Liqası, 4-cü tur
15:30. "Mançester Yunayted" - "Mançester Siti" - 1:2
Qollar: De Bruyne, 15 (0:1), İxenaço, 36 (0:2), İbrahimoviç, 42 (1:2)


Şərhlər