Menu

Belarusda parlament seçkiləri ilə bağlı səsvermə başa çatıb

11.09.2016, 22:32

People fill in their ballots in voting booths at a polling station during presidential elections in MinskBelarusda parlament seçkiləri ilə bağlı səsvermə başa çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşına bildirib.

“Seçki baş tutub. Seçkilərin nəticələri ilə bağlı ilkin məlumat yaxın saatlarda veriləcək”, deyə L.Yermoşina qeyd edib.

Qeyd edək ki, bu gün səhət Belarus Milli Məclisinin Nümayəndələr Palatasına (parlamentin aşağı palatası) seçkilərdə 7 milyona yaxın seçicinin səs verməsi üçün 6 min 18 seçki məntəqəsi açılıb. Nümayəndələr Palatasına seçkilərdə 110 yer uğrunda 484 namizəd mübarizə aparıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol