Menu

“Elit”in qarşısında yol qəzası - Ölən var

12.09.2016, 10:14

yol-polisi-qezaBakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında “Elit” ticarət mərkəzinin qarşısında qeydə alınıb.

“Ford” markalı avtomobil yolu keçən 1982-ci il təvəllüdlü Zaur Kamandar oğlu Əliyevi vurub. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol