Menu

Lənkəranda 29 yaşlı qadın intihara cəhd edib

12.09.2016, 21:40

ambulansLənkəranda intihara cəhd hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 12-də rayonun Göyşaban kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Natiqə Təmraz qızı Səfərova özünü çaya ataraq intihara cəhd edib. Hadisə barədə xəbər tutan yaxınları dərhal müdaxilə edərək onu çaydan çıxarıblar.

Hazırda Lənkəran Mərkəzi Rayon Xəstəxanasında həkim nəzarəti altında olan qadının vəziyyəti stabil qiymətləndirilir.

Məlumata görə, üç uşaq anası olan Natiqə Səfərova ailədaxili münaqişə nəticəsində həyatına qəsd etmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol