Menu

Bakıda "Porsche" yanıb

13.09.2016, 09:31
Bakıda "Porsche" yanıb

Bakıda "Porsche" markalı minik avtomobili yandı.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus “Porsche” markalı minik avtomobilinin arxa sol qapısı və təkəri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol