Menu

Daşkənddəki məscidlərdən birinə İslam Kərimovun adı veriləcək

13.09.2016, 16:50

islamÖzbəkistan paytaxtı Daşkənddəki məscidlərdən birinə ölkənin ilk prezidenti İslam Kərimovun adı veriləcək və "İslom ota" ("İslam ata") adlandırılacaq.

"Report" Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bunu İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayeva bildirib.

"Din xadimlərinin və ictimaiyyətin təklifi ilə Daşkənddəki məscidlərdən birinin adı dəyişdirilərək Özbəkistanın birinci prezidenti, atam İslam Kərimovun xatirəsinə "İslom ota" adlandırılacaq", - deyə o, "Facebook" səhifəsində yazıb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol