Menu

İŞİD terrorçularından növbəti vəhşilik 

13.09.2016, 21:59
İŞİD terrorçularından növbəti vəhşilik 

Onlar insanları qurbanlıq heyvan kimi ayaqlarından asıblar

İŞİD terror qruplaşmasının üzvləri 19 suriyalı kişini qətlə yetirərək, onları qurbanlıq heyvan kimi ayaqlarından asıblar.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Əl-Arabiyyə" telekanalının saytı ekstremistlərin qətl zamanı çəkdikləri bir neçə şəkil ilə birgə məlumat yayıb.

Radikallar amansız qətli hazırda işidin işğalı altında olan Deyr-əz-Zor şəhərində, müqəddəs Qurban bayramının birinci günündə həyata keçiriblər.

Öldürülən şəxslər Suriya hökumətinə casusluq etməkdə ittiham olunublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol