Menu

Sabiq prezidentə hökm oxundu - 3 il 10 ay həbs

14.09.2016, 09:26
Sabiq prezidentə hökm oxundu - 3 il 10 ay həbs

Serbiya və Monteneqro İttifaqının sabiq prezidenti Svetozar Maroviç Podqoritsada Monteneqronun Ali Məhkəməsi tərəfindən səlahiyyətlərindən sui-istifadə və korrupsiya əməllərinə görə 3 il 10 ay həbs cəzasına məhkum edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan başqa, məhkəmənin qərarına əsasən, 61 yaşlı Maroviç dövlətə 1,1 mln. avro təzminat ödəməli, xeyriyyə tədbirlərinə isə 100 min avro vəsait xərcləməlidir.

Maroviç və onun yaxınları dövlət torpaqlarının satışı və Budva kurortunda infrastruktur obyektlərin tikintisi zamanı çoxsaylı maxinasiyalara yol verməkdə ittiham olunublar. Hökmün yüngülləşdirilməsi müqabilində o, günahını etiraf edərək istintaqla sövdələşib.

Qeyd edək ki, Svetozar Maroviç Serbiya və Monteneqronun yarandığı 2003-cü ildən parçalandığı 2006-cı ilədək ittifaqın ilk və sonuncu prezidenti olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol