Menu

Avropa İttifaqı 2018-ci ilədək öz ordusunu yarada bilər

14.09.2016, 09:39
Avropa İttifaqı 2018-ci ilədək öz ordusunu yarada bilər

Brüsseldə Aİ-nin xarici və daxili təhlükəsizliyinin təmin olunması kimi vəzifələri icra edəcək Avropa ordusunun yaradılması məsələsi ətrafında diskussiyalar aparılır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “İzvestiya”ya Avropa Komissiyasındakı mənbə bildirib.

Təşəbbüsün təsdiqlənəcəyi təqdirdə Avropanın birləşmiş hərbi bloku artıq 2018-ci ilədək yaradıla bilər.

Bu təşəbbüsün əsas əleyhdarı son zamanadək Böyük Britaniya olub. “Brexit”in nəticələri Aİ ölkələrinə müdafiə sahəsində daha sıx əməkdaşlıq etməyə şərait yaradıb.

Sosial səhifələrdə paylaş

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol