Menu

ABŞ Fətullah Gülənlə bağlı sorğuları şərh etmir

14.09.2016, 09:45

1470399038_gulennnnnnnnnnABŞ-ın Ədliyyə Nazirliyi: “Gülənin ekstradisiyası məsələsinə xüsusi diqqət yetirilir”

ABŞ-ın Ədliyyə Nazirliyi Abdulla Gülənin ekstradisiyasına dair Türkiyənin sorğularına xüsusi diqqət yetirir.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi Piter Karr bildirib.

“Aparılan siyasət çərçivəsində Ədliyyə Nazirliyi konkret sorğuları şərh etmir, sadəcə onu deyə bilərəm ki, Abdulla Gülənin ekstradisiyasına dair Türkiyə hökumətinin bütün sorğularına xüsusi diqqət yetirilir”, - deyə Piter Karr bildirib.

Qeyd edək ki, Türkiyənin Ədliyyə Nazirliyi ötən gün Abdulla Gülənin həbsinə dair ABŞ-a sorğu göndərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol