Menu

Hillari Klinton seçki kampaniyasına davam edəcək

14.09.2016, 10:27
Hillari Klinton seçki kampaniyasına davam edəcək

ABŞ prezidentliyinə namizəd Hillari Klinton pnevmaniyadan sağalan kimi seçki kampaniyasına davam edəcək.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə onun qərargahından bildiriblər.

H.Klintonun prezident yarışında iştirakdan mümkün imtinası barədə yayılan şayiələri şərh edən onun nümayəndələri xanım diplomatın artıq sağalmaq üzrə olduğunu və sentyabrın 15-də xəstəxanadan çıxmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, sentyabrın 11-də 2001-ci ildə törədilmiş terror aktının qurbanlarının anım mərasimində H.Klintonun halı pisləşmişdi. Müvazinətini itirən xanım diplomatı mühafizəçiləri və köməkçiləri onu gözləyən avtomobilə tərəf aparmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol