Son günlər Ukraynada yaşayan azərbaycanlı iş adamlarına qarşı kütləvi repressiyaların başladığı bildirilir. Məlumata görə, ölkənin müxtəlif şəhərlərində 12 azərbaycanlı iş adamına məxsus böyük restoranlar hücuma məruz qalaraq yandırılıb, 6 bahalı avtomobil qaçırılıb. Ukraynada yaşayan azərbaycanlılar bununla bağlı ölkənin Daxili İşlər Nazirliyinin binası qarşısında kütləvi etiraz aksiyası keçirməyi qərara alıblar. Musavat.com-un məlumatına görə, aksiya bu gün Ukrayna vaxtı ilə saat 12-də keçirilib. Həmin aksiyaya Ukraynanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların qatılıb.
İddia olunur ki, azərbaycanlılara qarşı bu kimi hadisələrin arxasında Ukraynanın daxili işlər naziri Arsen Avakov dayanıb və baş verənlər onun sifarişi əsasında reallaşdırılıb.
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun saytımıza verdiyi məlumata görə, Ukrayna Baş Prokurorluğuna hadisələrlə bağlı çoxsaylı şikayətlər edilib və prokurorluqda araşdırma işi başlanılıb:“Mitinqi orada yaşayan iş adamları və diaspora rəhbərliyi təşkil edir. Bildiyim qədəri ilə artıq Ukrayna Baş Prokurorluğunda da hadisələrlə bağlı cinayət işi başlanılıb”.
Xatırladaq ki, Ukraynanın daxili işlər naziri Arsen Borisoviç Avakov bu vəzifəyə təyin olunan zaman onun Bakı ermənisi olması ilə bağlı məlumatlar yayılmışdı. Belə ki, Arsen Borisoviç Avakov 1964-cü il yanvarın 2-də Bakının Binəqədi rayonunda (keçmiş Kirov rayonunun Kirov qəsəbəsində) hərbçi ailəsində anadan olub. 1966-cı ildən Ukraynada yaşayır. O, 1988-ci ildə Xarkov Politexnik İnstitutunu bitirib. Xarkovda bacarıqlı iş adamı kimi tanınıb. Ticarət, inşaat, ərzaq məhsulları istehlakçısı kimi məşhurdur.
(musavat.com)



Şərhlər