Menu

 “İqtisadiyyatımız çox ağır vəziyyətdədir" - Ermənistanın yeni baş naziri

14.09.2016, 18:07
 “İqtisadiyyatımız çox ağır vəziyyətdədir" - Ermənistanın yeni baş naziri

Ermənistanın yeni baş naziri Karen Karapetyan bu gün ölkə parlamentində hökumət başçısı kimi ilk dəfə millət vəkilləri qarşısına çıxıb.

Virtualaz.org-un məlumatına görə, müxalif Ermənistan Xalq Konqresi fraksiyasından olan millət vəkili Lyudmila Sarkisyanın ölkədə iqtisadi vəziyyətlə bağlı sualına K.Karapetyan xeyli susandan sonra, ah çəkərək belə cavab verib: "Xatırladım ki, bu vəzifəyə təyin edildiyim cəmi yarım gündür. Və mən bütün səmimiyyətimlə etiraf edirəm ki, iqtisadiyyatımız çox ağır vəziyyətdədir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol