Menu

"Cənubi Qafqaz regionu NATO üçün vacibdir" - Zabit-əlaqələndirici

15.09.2016, 17:46
"Cənubi Qafqaz regionu NATO üçün vacibdir" - Zabit-əlaqələndirici

"Cənubi Qafqaz regionu NATO üçün vacibdir."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqaz ofisinin zabit-əlaqələndiricisi Uilyam Lahyu bildirib.

O deyib ki, NATO-nun Cənubi Qafqazdakı əsas missiyası - sabitliyin qorunmasıdır, buna görə də Alyansın tərəfdaşları ilə münasibəti çox vacibdir.

"Region ölkələri NATO ilə münasibətlərinin səviyyəsini özləri müəyyən edir. Azərbaycan, Ermənistan, Gürcüstan - NATO ilə milli maraqlara əsaslanan möhkəm əlaqələrə malikdir, lakin bu ölkələr münasibətlərin hansı səviyyədə olması barədə özləri qərar verir", - U.Lahyu vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol