Menu

“Rusiya və onun terrorçuları..."

22.04.2014, 14:46
“Rusiya və onun terrorçuları..."

Rusiya və onun Ukraynadakı terrorçu birləşmələri Cenevrə anlaşmalarını icra etməyəcəklərini nümayiş etdirir. Ona görə də mövcud şərtlər altında Ukrayna hakimiyyəti adekvat addımlar atacaq.

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bunu ABŞ vitse-prezidenti Cozef Baydenlə görüşü zamanı Ukrayna Ali Radasının sədri, prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov bəyan edib.

O qeyd edib ki, Ukraynanın şərqində separatçıların fəaliyyəti Cenevrədə əldə edilmiş anlaşmaların üstündən xətt çəkib.

“Şübhəsiz ki, belə olan halda biz adekvat hərəkət edəcəyik”, - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol