Menu

Manat əmanətlərinin sığortalanma faizi 15%-ə qaldırıldı

16.09.2016, 13:28
Manat əmanətlərinin sığortalanma faizi 15%-ə qaldırıldı

Azərbaycan banklarında manatla yerləşdirilmiş əmanətlərin sığortalanma faizi bu gündən etibarən 12%-dən 15%-ə qaldırılıb. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bu addım Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 15%-ə çatdırmasından sonra atılıb:

“Təbii ki, sığortalı əmanətlərin faizinin artırılması bankların cəlb etdiyi vəsaitləri bahalaşdıracaq, amma təcrübə göstərir ki, tədricən faizlərdə azalma olur”. /Report

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol