Menu

Ukrayna Rusiyanın MDB-yə sədrliyinə - Etiraz etdi

16.09.2016, 20:36
Ukrayna Rusiyanın MDB-yə sədrliyinə - Etiraz etdi

Bu gün MDB-nin Bişkekdə keçirilən sammitində quruma sədrliyin 2017-ci il yanvarın 1-dən Rusiyaya keçməsi barədə qərar qəbul olunub.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, Ukraynanın Qırğızıstandakı səfiri Nikolay Doroşenko Rusiyanın xeyrinə verilmiş bu qərara etiraz etdiklərini bildirib.

O bəyan edib ki, Ukrayna hökuməti Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı 2014-cü ildə keçirilmiş referendumun nəticələrini tanımır.

Qeyd edək ki, sammitdə Azərbaycan prezidenti İlham Əliyev daxil olmaqla 6 ölkənin (Ermənistan, Belarus, Qazaxıstan, Rusiya və Tacikistan) lideri iştirak edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol