Menu

 “Aİ qeyri-leqal miqrasiyanı dayandırmaq niyyətindədir” - Merkel

16.09.2016, 22:14

merkelAvropa İttifaqı qeyri-leqal miqrasiyanı dayandırmaq yaxud ciddi şəkildə azaltmaq niyyətindədir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Slovakiyada səfərdə olan Almaniya kansleri Angela Merkel bildirib.

Merkel həmçinin vurğulayıb ki, hazırda səs-küylü bəyanatların və Avropa sazişlərinə dəyişiklik edilməsinin zamanı deyil: “Hesab edirəm ki, Bratislava fəal işlərin görülməsi üçün bir başlanğıcdır. Hazırda hər hansı bəyanat vermək, müqavilələri dəyişməkdən söhbət getmir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol