Bu gün Milli Şura mitinq keçirib. Keçmiş "Məhsul" stadionunda keçirilən aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Aksiyada təhlükəsizlik tədbirləri Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Mitinqin aparıcısı AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn olub. Mitinq dövlət himnini səsləndirilməsi ilə açıq elan edilib. “Düz altı gündən sonra yenidən bu meydanda toplaşdıq. Bizdən soruşurlar ki, niyə məhz “Məhsul” meydanında aksiya keçirirsiniz. Biz bu kiçik ərazidən vətən boyda əraziyə xtab edirik. Bütün vətəndaşlarımıza azadlıq tələb edirik. Bu Məhsul stadionu futbol meydançası ola bilər. Əsas odur ki, biz bura zülmün qapısına qol vurmağa yığışmışıq”.
Sonra aparıcı çıxış üçün sözü AXCP sədri Əli Kərimliyə verib: “Ey təbiətin şıltaqlığına, bağlı yollara baxmayaraq bütün maneələri aşa bilən Azərbaycanın mərd oğulları Sizə eşq olsun salamlayıram. 11 sentyabrda nümayiş etdirdiyiniz izdihamla bu hakimiyyəti necə qorxutmusunuzsa tam 6 gündür ki, mitinqə qarşı olmazın üsullarından istifadə edib kampaniya aparırlar. Dünənə qədər deyirdilər ki, bu ölkədə müxalifət yoxdur. Amma bu gün qorxularından Bakıya gələn bütün yolları bağlayıblar”.

Ə.Kərimli bildirib ki, Konstitusiya dəyişikliklərini millət olaraq özümüzə həqarət sayırıq: "Ona görə biz bu dəyişikliklərə “yox” deyirik... Bundan sonra xalqın pullarını oşorlara çıxarmağa imkan verilməyəcək. Bu ölkədə dəyişiklilər olmazsa olmazdır. Qətiyyən şübhəm yoxdur ki, başlamış bu proses qələbə ilə yekunlaşacaq. Çünki qanun, haqq bizim tərəfimizdədir. Qələbə də bu millətlə olacaq. Eşq olsun Sizlərə”.
Sonra aparıcı çıxış üçün sözü hazırda həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, yazar Zümrüd Yağmura verib.O, bildirib ki, Fuad Qəhrəmanlı öz salamını Sizlərə yetirdi: "Amma mən düşünmürəm təkcə Fuad Qəhrəmanlının adından danışmağa haqqım çatar. Mən buradan bütün siyasi məhbusların adından Sizə müraciət edirəm. Bizə təsəlli o olar ki, bizim həbsdə olanların yerini doldurasız. Mən şadam ki, təbiətin şıltaqlığına baxmayaraq Siz burdasız."
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli bu şərəfli yolu gedənlərə, respublika tərəfdarlarına sağol deyib: “Əziz mitinq iştirakçıları, Azərbaycan tarixi gün yaşayır. Qarşıda bizi tarixi seçim gözləyir. Zaman-zaman hakimiyyət xalqı belə seçimə çəkib"
Obildirib ki, ya azad respublikanın vətəndaşları, ya da monarxiyanın təəbəsi olacağıq. Siz Azərbaycanın ən cəsarətli insanlarısınız. Heç nədən çəkinmədən bu meydana gəlib haqq səsinizi ucaldırsıznı. İndi mən Sizdən soruşuram monarxiyaya nə deyirsiniz?”.
Bu sual aksiya iştirakçılarının “yox” şüarını səsləndiməsinə səbəb olub.
AXCP sədrinin müavini Gözəl Bayramlı : “11 sentyabr mitinqi bu hakimiyyəti qorxuya salıb. Mitinqə gələn insanların yolları kəsilib. Saatlıda, Sabirabadda, Sumqayıtda mitinqə gələnlərin qarşısı alınıb. Ağsuda onlarla insanlar geri qaytarılıb. Digər rayonlarda da vəziyyət belədir. Neçə-neçə mitinq təşkilatçıları həbs olunub".
0 qeyd edib ki, mitinq əleyhinə təbliğat aparırılar. YAP-ın baş bilənləri deyirlər ki, bu gün bu meydana 100 nəfər toplaşacaq: "Elə bil meydana çıxan yüzlər, minlər bu xalqın nümayəndələri deyil. Bunlar xalqla belə davranırlar. Budur onların xalqa münasibəti. Azərbaycan xalqı mübarizəsinin yeni mərhələsinə qədəm qoyub".
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli T.Bağırzadənin mitinq iştirakçılarına müraciətini oxuyub Müraciətdə bildirilib ki, bu gün birlik həmrəylik günüdür, susmaq olmaz: "Bu hakimiyyət açıq bilirdi ki, mən demokratik düşərgəyə dəstək verirəm. Milli Şura bu xalqındır və zülmə etiraz edən yeganə qüvvədir. Bunlara seyirçi olmaq şərin dəyirmnına su tökməkdir”.
Çıxış edən “Azadlıq” qəzetini baş redaktorunun birinci müavini Rahim Hacıyev mitinq iştirakçılarına fədəkarlıqlarına görə təşəkkür edib: “ 11 sentyabr və 17 sentyabr ərəfəsi hakimiyyət böyük narahatlıq keçirdi. Bu ilk növbədə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində ölkədə yaranmış ağır sosial-iqtisadi durumla bağlıdır. Bu ölkədə istehsal adına heç nə yoxdur ki, onu satıb valyuta əldə edəsən. Ölkədəki sosial-iqtisadi vəziyyət siyasi proseslərər təsir edəcək və sonda bu proselərdə Azərbaycan xalqı qalib gələcək”.
Çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli bildirib: “11 sentyabrın da, 17 sentyabrın da qalibi sizlərsiz var olsun millətimiz. Mitinqlərimizin hədəfi millətin haqqı və hüququdur. Var olsun millətimiz. Biz bura 19-ci ildə qaldırılmış cumhuriyyət bayrağının, ideyalarının müdafisinə toplaşmışıq. Vaxtı ilə babalarımız heçdən bir bayraq ucatdılar. O zaman Avropa siyasətçiləri Azərbaycandakı vəziyyəti görəndə öz hökumətlərinə yazırdılar ki, burada elə bir hökumət qurulub ki hamıya nümumə ola bilər. İndi o dövlətin Konstitusiyasını dəyişirlər. Əcaba bu Konstitusiya sizin nəyinizə mane olurdu?”.










* * *
Bu gün Milli Şuranın Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı növbəti etiraz mitinqi keçiriləcək. Mitinq Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) olacaq. Aksiya saat 15.00-dan 17.00-a qədər elan olunub. Milli Şuranın bundan əvvəliki mitinqi isə sentyabrın 11-də baş tutmuşdu.
Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılığı var və Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edəcək.


Şərhlər