Menu

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi İspaniyaya məğlub olub

17.09.2016, 13:28
19 yaşadək qızlardan ibarət Azərbaycan millisi İspaniyaya məğlub olub

Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması AÇ-2017-nin seçmə mərhələsində İspaniyadan olan həmyaşıdları ilə qarşılaşıb.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutan görüş millinin 0:7 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

8-ci qrupun oyunlarına ev sahibliyi edən Azərbaycan ikinci dəfə məğlubiyyətlə üzləşib. Yığma komanda ilk görüşdə Ukraynaya 1:2 hesabı ilə uduzub.

Qrupa 2 oyundan 6 xal toplayan İspaniya yığması rəhbərlik edir. İkinci pillədə isə 3 xalla Ukrayna qərarlaşıb. Azərbaycan və Latviya yığmalarının aktivində isə xal yoxdur.

Qeyd edək ki, qızlardan ibarət milli komanda sonuncu oyununu sentyabrın 20-də Latviyaya qarşı keçirəcək. "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol