Menu

Parisdə terror təhlükəsi - Xəbərdarlıq

17.09.2016, 19:43
Parisdə terror təhlükəsi - Xəbərdarlıq

Fransanın paytaxtı Parisin mərkəzində terror aktı təhlükəsi barədə xəbərdarlıq elan olunub.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə rəsmi məlumat yayılıb.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub, ərazi mühasirəyə alınıb. Lakin aparılmış yoxlama zamanı elan edilmiş təhlükə öz təsdiqini tapmayıb.

“Polis əməliyyatı başa çatıb, heç bir təhlükə yoxdur”, - deyə polisin yeni məlumatında bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol