Menu

Hindistanda hərbi düşərgəyə hücum -  17 hərbçi ölüb

18.09.2016, 10:25

terror-partlayishAtışma zamanı 4 silahlı məhv edilib

Hindistanın Cammu və Kaşmir ştatlarında silahlı şəxslərin hərbi düşərgəyə hücumu zamanı 17 hərbçi ölüb.

"Report" xəbər verir ki, bu barədə "ANI" agentliyi xəbər yayıb.

Hücum yerli vaxtla saat 05:30-da baş verib. Məlumata görə, atışma zamanı 4 silahlı məhv edilib.

Ölkənin müdafiə naziri Manohar Parrikar və ordunun baş qərargah rəisi, general Dalbir Sinqx Suxaq Kaşmir vilayətinə səfər etmək niyyətindədirlər. Qeyd edək ki, hadisə ilə əlaqədar ordunun baş qərargah rəisinin Rusiyada bu gün planlaşdırılan səfəri qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol