Menu

Nyu-Yorkda üçüncü partlayıcı qurğu aşkarlanıb

18.09.2016, 12:49
Nyu-Yorkda üçüncü partlayıcı qurğu aşkarlanıb

ABŞ polisi Nyu-Yorkda partlayıcı qurğu olduğu ehtimal edilən üçüncü qurğu aşkarlayıb.APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, Nyu-Yorkda dünən axşam partlayış baş verib. Partlayış əhalinin sıx olduğu Çelsi rayonunda, çoxlu sayda mağaza, restoran, bar, gey-klubların olduğu küçədə törədilib.

Partlayış nəticəsində 29 nəfər yaralanıb, onlardan birinin durumu ağırdır.

Təhqiqatçıların partlayışın öncədən planlaşdırılmış akt olduğunu bildiriblər. Araşdırma zamanı hadisə yerində ikinci şübhəli qurğu aşkarlanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol