Samux rayonunda vətəndaşa məxsus pambıq emalı sexinin ərazisində ümumi çəkisi 2 ton olan pambıq tayasının 300 kq-ı yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tayanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 16:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər