Menu

Bəxtiyar Hacıyevə Azərbaycandan getmək yasaq edildi

19.09.2016, 10:23
Bəxtiyar Hacıyevə Azərbaycandan getmək yasaq edildi

Tanınmış bloqqer, ictimai-iyasi fəal Bəxtiyar Hacıyev bu gecə ölkə xaricinə getmək istəyərkən aeroportda saxlanılıb və ona, ölkədən çıxmasının yasaq olduğu bildirilib.

Bu barədə Bəxtiyar Hacıyev sosial şəbəkədəki səhifəsində yazıb:

"Ölkədən çıxışıma qadağa olduğunu deyib buraxmırlar məni hava limanından. ATƏT-in HDIM illik toplantısında iştirak üçün Varşavaya gedirdim. Qadağanın kim tərəfindən və hansı əsasla qoyulduğu deyilmir. Gözləyirəm hələ görək, axırı nə olur?"

Daha sonra B.Hacıyev məsələnin mabədi haqda məlumat verib:

"Buraxmadılar ölkədən. Heç bir məlumat vermədilər ki, niyə və kim tərəfindən qoyulub qadağa. Hava limanına girəndən bir DİN zabiti izləyirdi. Bilərəkdən aşağı, yuxarı getdim, sağa-sola, o da uzaqdan arxamca... Nəyə nail olmaq istəyirlər, nə etmək istəyirlər? Səhər açılsın görək...".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol