Menu

Bakıda mənzildən oğurluq edən iki bacı və onların qardaşı tutulub

19.09.2016, 12:30
Bakıda mənzildən oğurluq edən iki bacı və onların qardaşı tutulub

Bakıda mənzildən xeyli miqdar pul və qızıl oğurlanıb.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Natəvan Nağıyevanın evindən 4000 manat pul və 8000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Rəvanə Dadaşova, əvvəllər məhkum olunmuşlar qardaşı Vüsal və bacısı Əfsanə tutulublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol