Menu

Terimin qızından Ardaya Şəms Təbrizi ismarışı

19.09.2016, 21:21
Terimin qızından Ardaya Şəms Təbrizi ismarışı

Türkiyə millisinin baş məşqçisi Fatih Terimin qızı Mərvə Çətin ulduz futbolçu Arda Turana ismarış yollayıb.Axar.az xəbər verir ki, Mərvə sosial şəbəkədə Arda Turanın Fatih Terimlə bağlı açıqlamalarını cavablandırıb. O, məşhur sufi alim Şəms Təbrizinin (1185-1248) “Ədəb ağlın tərcüməçisidir. İnsan ədəbi qədər ağıllı, ağlı qədər şərəfli, şərəfi qədər qiymətlidir” kəlamını paylaşıb.

Türk mediası bu aforizmin Arda Turana ünvanlandığını yazıb.

Qeyd edək ki, baş məşqçi Fatih Terimin Arda Turanı yığmaya dəvət etməməsindən sonra onların arasında münasibətlər gərginləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol