Menu

Rusların sevdiyi 5 şəhərdən biri - Bakı

19.09.2016, 22:21

baki_hejklerBakı Rusiyanın Xalq birliyi günü (4 noyabr) səyahət üçün cəlbedici şəhərlərin ilk beşliyinə daxil olub.

Axar.az xəbər verir ki, sözügedən nəticəni otel axtarışı servisi olan RoomGuru.ru saytı müəyyən edib.

Reytinq 2016-cı ilin 4-6 noyabr tarixlərində rusların edəcəyi səfər yerləri və bron etdikləri otellərin hansı şəhərlərdə yerləşməsi ilə müəyyənləşib.

Reytinqə əsasən məlum olub ki, 2016-cı ilin ikinci yarısında xarici ölkələrdə istirahət edən Rusiya vətəndaşlarının sayı ötən ilə nisbətən 10 faiz artıb.

Noyabr ayı üçün rusların ən çox üz tutduğu şəhərlərin onluğuna Praqa, Minsk, Tallin, Bakı, Tiflis, Vilnüs, Riqa, Helsinki və London daxildir.

Verilən məlumata görə, noyabrın əvvəlindən Bakıda olan rusiyalı turistlər mehmanxanalarda orta hesabla iki gecə qalır və sutkada 35 avro ödəyir.

Onluqda Minsk (sutkada 30 avro) və London ( sutkada 100 avro ) turistlərin üz tutduğu ən ucuz və ən bahalı şəhər kimi qərarlaşır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol