Menu

Avropa İttifaqı Azərbaycana 13.5 milyon ayıracaq

19.09.2016, 23:53

avropa komissiyasiAvropa İttifaqı kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin və ixrac imkanlarının genişləndirilməsi, biznes-mühitin yaxşılaşdırılmasına 13,5 milyon avro ayıracaq.

Bu barədə Avropa Komissiyasının məlumatında deyilir.

Məlumatda deyilir ki, proqram qeyri-neft ÜDM-in artımını möhkəmləndirməyə imkan verəcək, yeni iş yerlərinin yaradılmasına kömək edir, mübahisələrin həllində alternativ üsullar təqdim edəcək ki, bu da biznes mühitini yaxşılaşdırmağa yardım edəcək.

Bundan başqa, Aİ-nin proqramı bilavasitə vətəndaşlara, o cümlədən əhalinin zəif qruplarına fayda verəcək, həmçinin dövlət xərclərinin səmərəliliyini artırmağa kömək edəcək.

Modern.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol