Menu

İlhamə Quliyevanın bacısı məhkəmədə ifadə verib

20.09.2016, 12:28
İlhamə Quliyevanın bacısı məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, İ. Quliyevanın bacısı İradə Həsənova ifadə verib.

O səhhəti ilə əlaqədar danışmağa çətinlik çəkdiyini deyib, ancaq bildirib ki, ibtidai istintaqa verdiyi bütün ifadələrini təsdiq edir.

İradə Həsənova M. Hüseynovanın qanun çərçivəsində cəzalandırılmasını istəyib.

Proses sentyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol