Menu

İŞİD terrorçuları Rakkada üç nəfəri çarmıxa çəkiblər

21.09.2016, 09:32
İŞİD terrorçuları Rakkada üç nəfəri çarmıxa çəkiblər

Suriyada İŞİD terror qruplaşmasının silahlıları “paytaxt” elan etdikləri Rakka şəhərinin üç sakinini vəhşicəsinə edam ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçular sakinləri çarmıxa çəkiblər.

Edam edilən şəxslər sakinlərə şəhərdən İŞİD-in nəzarətində olmayan ərazilərə qaçmağa kömək etməkdə ittiham olunublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol