Menu

Həbsdə olan jurnalist azadlığa buraxıldı

21.09.2016, 10:27
Həbsdə olan jurnalist azadlığa buraxıldı

Həbsdə olan jurnalist Azər İsrafilov həbsdən azad edilib.

APA-nın məlumatına görə, Azər İsrafilov cəzasının başa çatmasına 7 ay 20 gün qalmış məhkəmə qərarı ilə şərti azadlığa buraxılıb.

Qeyd edək ki, A. İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, vətəndaşın 13 min dollar məbləğində pulunu alaraq qaytarmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A. İsrafilov məhkəmə zalından həbs edilib. 2014-cü ildə A. İsrafilovun himayəsində 2 azyaşlı uşağının olması və ilk məhkumluğu nəzərə alanaraq Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzası 3 ilə endirilib.

Azər İsrafilov müxtəlif vaxtlarda ANS, İTV kanallarında çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol