"AzPolitika.info"nun bugünkü buraxılışında yayımlanmış "Büdcə hesabına turist səfəri - Nazir, dostları ilə əklil qoymaq üçün Vyanaya gedib?" sərlövhəli yazıda kobud yalnışlığa yol verilib.
Yazıda ölkədə iqtisadi vəziyyətin kəskin ağırlaşması fonunda Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin böyük bir nümayəndə heyəti ilə dövlət hesabına Avstriyanın paytaxtı Vyana şəhərinə səfər etməsi tənqid edilir. Xəbərdə bildirilirdi ki, bu səfərin məqsədi sentyabrın 18-də, unudulmaz bəstəkarımız Üzeyir Hacıbəyovun doğum günündə onun abidəsinə əklil qoymaq olub.
Fərman Abdullayev adlı vətəndaşın müraciəti əsasında hazırlanmış bu yazıda müxbirimizin diqqətsizliyi üzündən ciddi yalnışlığa yol verilib. Sonradan məlum olub ki, Əbülfəs Qarayev başda olmaqla Azərbaycan nümayəndə heyətinin Vyana şəhərinə səfəri bu il deyil, illər əvvəl gerçəkləşib. Bu il sentyabrın 18-də Əbülfəs Qarayev Üzeyir Hacıbəyov festivalı çərçivəsində Bakıda keçirilən müxtəlif tədbirlərdə iştirak edib.
Yalnışlığa görə hörmətli Nazirdən və Oxucularımızdan üzr istəyirik.
"AzPolitika"


Şərhlər