Menu

Türkiyə ilə Azərbaycanın bəzi ölkələrdə birgə səfirliyi ola bilər

22.09.2016, 12:26
Türkiyə ilə Azərbaycanın bəzi ölkələrdə birgə səfirliyi ola bilər

Türkiyə ilə Azərbaycanın bəzi ölkələrdə birgə səfirliyinin olması təklifi edilib.

“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri İsmayıl Alpər Coşqun deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan bir-birinə sıx bağlıdır: “Türkiyə heç vaxt Azərbaycanı maraqlarına zərbə vuran addım atmaz. Türkiyə hər hansı addım atarkən Azərbaycanın maraqlarını nəzərə alır. Çünki iki ölkənin hədəfləri eynidir. Bəzi fikir ayrılıqları ola bilər. Amma ümumi məsələlərdə fikirlərimiz üst-üstə düşür”.

İ.A.Çoşqun bəzi ölkələrdə Azərbaycanla Türkiyənin eyni səfirliyinin olması təklifi ilə çıxış edib: “Çünki hədəflərimiz, maraqlarımız eynidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol