Menu

Azərbaycanlı hacıların hamısı Vətənə dönüb

22.09.2016, 19:00

Mideast Saudi Arabia HajjBu il həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların hamısı Vətənə qayıdıb.

"Report" xəbər verir ki, bu gün zəvvarları gətirən ilk təyyarə 16:21-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

İkinci və zəvvarların son qafiləsini gətirən təyyarə isə axşam saat 18:30-də Bakıya eniş edib.

Azərbaycanlı zəvvarlar bu il sentyabrın 19-dan başlayaraq Vətənə dönməyə başlayıblar. Onlar sentyabrın 19-u, 21-i və 22-si tarixlərində təyyarə ilə qayıdıblar.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 050 zəvvar gedib. Onlardan 60 faizi kişi, 40 faizi qadınlar olub. Bu il ən yaşlı zəvvarın 83, ən gəncinin isə 14 yaşı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol