Menu

Putin Sergey Narışkini Xarici Kəşfiyyat Xidmətinin sədri təyin edir

22.09.2016, 19:58
Putin Sergey Narışkini Xarici Kəşfiyyat Xidmətinin sədri təyin edir

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının keçmiş sədri Sergey Narışkinə Xarici Kəşfiyyat Xidmətinin sədri vəzifəsini təklif edib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə yaxın vaxtlarda prezidentin müvafiq fərman imzalayacağını bildirib.

Hazırda Xarici Kəşfiyyat Xidmətinin sədri olan Mixail Fradkovun isə "Rusiya Dəmir Yolları" direktorlar şurasının rəhbəri vəzifəsinə təyin olacağı gözlənilir.

Qeyd edək ki, Sergey Narışkin fəaliyyətində ermənipərəst mövqeyi ilə seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol