Menu

"Öz iş yoldaşları barədə xəbərçilik edirlər..." - Baş nazir

23.09.2016, 19:24

binali_yildirim_010616"Adını, ünvanını, kimliyini gizlədənlər həm zərər verir, həm də bürokratik aparatı məşğul edirlər".

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım cümə namazından çıxarkən Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizədən danışarkən bildirib.

"Bir-birinin yerində gözü olanlar, kimliklərini gizlədərək öz iş yoldaşları haqqında xəbərçilik edir, işə zərər vururlar. Adını, ünvanını, kimliyini gizlədənlərin xəbərlərinin diqqətə alınmaması barədə sərəncam verəcəyik. FETÖ bəlası da başımıza belə gəldi. Ciddi dəlil-sübuta, fakta, məlumata dayanan xəbərləri dəyərləndirəcəyik", - deyə baş nazir vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol