Menu

11-ci sinif şagirdi qətlə yetirildi

23.09.2016, 17:49
11-ci sinif şagirdi qətlə yetirildi

Qazaxda 11-ci sinif şagirdi bıçaqlanaraq qətlə yetirilib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Qazax şəhərinin Azadlıq prospektində qeydə alınıb.

Rayonun Dəmirçilər kənd sakini, 11-ci sinif şagirdi Rafiq Bayramoğlu kənddən rayona repetitor yanına gedən zaman onun qarşısını 13-15 yaşlı yeniyetmə kəsərək pul tələb edib. 16 yaşlı oğlan pul vermədiyi üçün naməlum yeniyetmə onu bıçaqla vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol