Menu

Şəmkirdə iki avtomobil toqquşub - Xəsarət alanlar var

23.09.2016, 21:47

qezaŞəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb.

“Opel” və “VAZ 21011” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər, Şəmkir rayon Sarıtəpə kənd sakinləri, 1966-cı il təvəllüdlü Qalib Quliyev və 1972-ci il təvəllüdlü Nurəddin Rzaquliyev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol