Menu

Dağıstanda 3 silahlı zərərsizləşdirilib

24.09.2016, 10:57
Dağıstanda 3 silahlı zərərsizləşdirilib

Dağıstanın Tabasaran rayonunda 3 silahlı zərərsizləşdirilib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, sentyabrın 24-də gecə saatlarında polislər "Lada Kalina" markalı avtomobili yoxlamaq üçün saxlamağa cəhd göstərib. Bu zaman avtomobildən odlu silahdan atəş açılıb, cavab tədbiri nəticəsində maşındakılar zərərsizləşdirilib.

Xəbərdə bildirilib ki, avtomobil yandığından onların şəxsiyyətləri hələ də müəyyənləşdirilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol