Menu

İtaliya sahillərində Türkiyə gəmisi batıb - 16 nəfər xilas edilib

24.09.2016, 22:11
İtaliya sahillərində Türkiyə gəmisi batıb - 16 nəfər xilas edilib

Gəmi ammonium fosfat daşıyıb

Aralıq dənizinin Siciliya sahillərindən 38 km. məsafədə Türkiyəyə məxsus yük gəmisi batıb.

"Report" xəbər verir ki, bu barədə "Daily Sabah" qəzeti məlumat yayıb.

İtaliya Sahil Mühafizəsi Türkiyə şirkətinə məxsus olan və Panama bayrağı altında üzən gəminin 16 heyət üzvünü xilas edə bilib.

Məlumata görə, gəmi ammonium fosfat daşıyıb və Seneqaldan Xorvatiya istiqamətində hərəkətdə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol