Menu

"ABŞ və AB Ukraynadan "piyada" kimi istifadə edir" - Lavrov

24.04.2014, 12:35
"ABŞ və AB Ukraynadan "piyada" kimi istifadə edir" - Lavrov

ABŞ və Avropa Birliyi Ukraynada növbəti "rəngli inqilab"a cəhd edib. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Qlobal Universitet Forumu-2014-də çıxış edən Rusiya XİN başçısı bildirib ki, ABŞ və Avropa Birliyi Ukraynada qanunsuz hakimiyyət dəyişikliyi əməliyyatı keçirməyə cəhd ediblər: "Gəlin, açıq danışaq. Ukraynadan sadəcə istifadə olunub. Bu ölkədən geosiyasi oyunda "piyada" kimi istifadə etmək cəhdləri davam edəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol