AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp Yerusəlimi İsrailin «bölünməz» paytaxtı kimi tanımaq niyyətindədir.
Tramp bu niyyətini İsrailin Baş naziri Benyamin Netenyahu ilə görüşü zamanı ortaya qoyub.
Bildirək ki, Yerusəlimin, xüsusilə də şəhərin şərq hissəsinin statusu məsələsi İsrail-Fələstin probleminin tənzimlənməsi istiqamətində açar rolu oynayır.
Şübhə yoxdur ki, bu açıqlaması ilə Tramp seçki öncəsi ABŞ yəhudilərinin, xüsusilə də sionist dairələrin rəğbətini qazanmaq cəhdi göstərmiş olub.
Xatırladaq ki, vaxtilə İsrailin sabiq prezidenti Ariyel Şaron ABŞ-dakı yəhudi dairələrin fəaliyyəti barədə olduqca ibrətamiz bir fikir söyləmişdi: «Bu gün Amerikanı yəhudilər idarə edirlər, amerikalılar ölzəri də bunu bilirlər...».

Şərhlər