AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Krımın sabiq prokuroru Natalya Poklonskaya bundan sonra Rusiya Dövlət Dumasında deputatların gəlirlərinə nəzarət üzrə komissiyaya başçılıq edəcək. Bu barədə «Vahid Rusiya» blokunun baş şura katibi Sergey Neverov məlumat verib.
Onun sözlərinə görə, Poklonskaya qüsursuz ad-sana malik olan bir peşəkardır (RBK). Eyni zamanda o, həmin Poklonskayadır ki, Krımın ilhaqından sonra Ukrayna telekanalları onun bir zənci ilə seks rolikini nümayiş etdirmişdilər.
Məlumata görə, bu seçkilərdən sonra Dumadakı komitələrin sayı 30-dan 26-ya endiriləcək. Komitələrdən 13-nə «vahid rusiyalılar», 5-ə kommunistlər, 5-ə liberallar, 3-ə isə «Ədalətli Rusiya»-dan seçilmiş deputatlar başçılıq edəcək.


Şərhlər