Menu

30 yaşlı qadın intihara cəhd etdi

26.09.2016, 16:32

meyit-tecili-yardim-evden-cixarirlarGəncədə 30 yaşlı qadın intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini,1986-cı il təvəllüdlü T.M. özünü öldürmək məqsədi ilə müxtəlif dərman preparatları içib.

Yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılan T. M-ya dərhal tibbi yardım göstərilib. O, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qalır. Qadının hansı səbəbdən intihara cəhd etməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol