Menu

Problemli kreditlərdə xarici valyutadakı kreditlərin xüsusi çəkisi artır

27.09.2016, 14:45
Problemli kreditlərdə xarici valyutadakı kreditlərin xüsusi çəkisi artır

Azərbaycandakı kredit təşkilatlarının manatla vaxtı keçmiş kreditləri azalsa da, xarici valyutada problemli borcları artmaqdadır.

Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu il, avqustun 1-nə, fiziki və hüquqi şəxslərə verilmiş kreditlərin 9%-nin və yaxud 1 504,4 mln. manatının vaxtı keçib ki, bunun da 711,7 mln. manatı və yaxud 47%-i manatla, 792,7 mln. manatı və yaxud 53%-i xarici valyutada olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə manatla vaxtı keçmiş kreditlərin məbləği 20% azalıb, xarici valyutada olan problemli kreditlərin məbləği isə 2 dəfə artıb.

Bu ilin ilin iyul ayında manatla vaxtı keçmiş kreditlərin məbləğində 8,64% azalma, xarici valyuta ilə problemli kreditlərin həcmində isə 4,2% artım qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol