Menu

Dünya nağdsız ödənişlərə keçir

27.09.2016, 18:30
Dünya nağdsız ödənişlərə keçir

AzPolitika.info xarici xəbər agentliklərinə istinadla xəbər verir ki, 2016-cı ildə dünyada kartla ödənişlərin həcmi ilk dəfə olarq nağd ödənişlə alış-veriş həcmini üstələyib.

2002-ci ildən nağd ödənişlərin artım ahəngi düşməyə başlayıb, bank kartlarından istifadənin və elektron ödənişlərin fəallığı isə artmaqda davam edir.

«Euromonitor International» şirkətinin araşdırmalarına istinadla, «MarketWatch» yazır ki, 2016-cı ildə dünya üzrə kredit (debet) bank kartları ilə ödəniş həcmi 23,2 trilyon dollar təşkil edir və tarixdə ilk dəfə olaraq nağd ödənişlərin ümumi məbləğini (22,6 trilyon dollar) ötüb keçib.

Kartla aparılan maliyyə əməliyyatlarının əsas artımı Asiya-Sakit okean bölgəsində müşahidə olunur. Ekspertlərin proqnozlarına görə, 2016-cı ildə bu bölgədə belə əməliyyatların həcmi 1,7 trilyon dollar artacaq. Şimali Amerikada isə artım 1,87 milyard dollar həcmində proqnoz edilir.

Mütəxəssislər qeyd edirlər ki, ödənişlərin rəqəmsal sferaya koçürülməsi dövlətlərin xərclərini, o cümlədən, nağd pul kütləsinin çap olunmasına və saxlanmasına çəkilən xərcləri əhəmiyyətli dərəcədə azaldacaq.

Bununla yanaşı bəziləri narazılıq ifadə edirlər ki, banklar və hökumətlər əhalinin xərcləri barədə informasiyalara giriş əldə edə və bu informasiyalardan öz şəxsi məqsədləri üçün istifadə edə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol